Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

  İmadəddin Nəsimi -655

16.02.2024

Fevralın 16-da Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 655 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsimi-655” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azad olunması uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva,  Azərbaycan ədəbiyyat və fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin mühüm yer tutduğunu söyləyərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ildə silsilə tədbirlərin keçirilməsini şagirdlərin diqqətinə çatdırıb.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş etmiş, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaratmış İmadəddin Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb.

Tədbirdə məktəbin müəllimi Şölə Məmmədova və məktəb kitabxanasının müdiri Günay Allahverdiyevanın İ. Nəsimi haqqında fikirləri dinlənilib.

Qeyd olunub ki, şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o, dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verə biləcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, Azərbaycan, fars və ərəb dillərində dəyərli əsərlər yaratmışdır. Onun əsərlərinin dil üslubu həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir.  Atalar sözləri, zərbi-məsəllər və hikmətli sözlər burada çoxluq təşkil edir.

Tədbirin sonunda “Nəsimi” filmindən videoçarx nümayiş edilib.